CAR-ın parlamenti yanır, bina uça bilər

CAR-ın parlamenti yanır, bina uça bilər



CAR in parlamenti yanir bina uca bilər

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yanğını söndürmək üçün əraziyə əlavə qüvvələr cəlb edilib. Yanğının lokallaşdırılması mümkün deyil.

Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karels “News24” portalına bildirib ki, yanğın nəticəsində damdakı bitum da əriyir:

“Bu da vəziyyətin ciddiliyindən xəbər verir. Həmçinin binanın bəzi divarlarının çatladığı, uçma ehtimalının olduğu barədə məlumatlar var”.





Mənbə: https://report.az/diger-olkeler/car-in-parlamenti-yanir-bina-uca-biler/

Comments are closed, but trackbacks and pingbacks are open.