Cari il Naxçıvanda 88,2 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub

Cari il Naxçıvanda 88,2 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub



Cari il Naxcivanda 882 kilometr uzunlugunda avtomobil yolu yenidən qurulub

Naxçıvan Muxtar Respublikasında müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2021-ci ilin yanvar-avqust aylarında bu sahəyə 38 milyon 512 min 200 manat vəsait yönəldilib.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumilikdə, cari ilin yanvar-avqust aylarında muxtar respublikada 88,2 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub.

Hazırda Naxçıvan şəhərində iki avtomobil yolunun, Şərur rayonunda Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar, Kürçülü-Kərimbəyli-Sədərək rayonunda Dəmirçi, Şərur rayonunda Maxta-Sədərək rayonunda Dəmirçi, Babək rayonunda Göynük, Araz, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilib.





Mənbə: https://report.az/infrastruktur/cari-il-naxcivanda-88-2-kilometr-uzunlugunda-avtomobil-yolu-yeniden-qurulub/

Comments are closed, but trackbacks and pingbacks are open.