“Çelsi”nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir

"Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir



Celsinin futbolcusu Ingiltərə millisində oynamaqdan imtina edir

İngiltərənin “Çelsi” klubunun futbolçusu Kallum Hadson-Odoi idman vətəndaşlığını dəyişə bilər.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Qana millisində oynamağı düşünür.

Hadson-Odoi ikili vətəndaşlığa malikdir və FIFA-nın qaydalarına əsasən, turnirlərin son mərhələsində İngiltərəni təmsil etmədiyi üçün yığmasını dəyişmək hüququ var.

O, İngiltərənin əsas millisinin heyətində 3 qarşılaşmada meydana çıxıb. Lakin bu, futbolçu 21 yaşına çatmamış baş verib. Yarımmüdafiəçi DÇ-2022-nin seçmə oyunları üçün əsas milliyə çağırılmaqdan da imtina edib.

Qeyd edək ki, Kallum Hadson-Odoi “Çelsi”nin yetirməsidir.





Mənbə: https://report.az/futbol-xeberleri/celsi-nin-futbolcusu-ingiltere-millisinde-oynamaqdan-imtina-edir/

Comments are closed, but trackbacks and pingbacks are open.