“Çelsi”nin futbolçusu “Yuventus”la oyunu buraxacaq

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


İngiltərənin “Çelsi” klubunun futbolçusu N Qola Kante İtaliyada “Yuventus”a qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununu buraxacaq.

“Report” “Goal.com” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi xəstəlik səbəbindən London təmsilçisinə kömək edə bilməyəcək.

Bundan əlavə, fransalı oyunçu İngiltərə Premyer Liqasının VII turunda “Sautgempton”la matçda da meydana çıxmayacaq.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq “Yuventus” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Çelsi”nin “Sautgempton”la görüşü oktyabrın 2-də olacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/celsi-nin-futbolcusu-yuventus-la-oyunu-buraxacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.