Çempionlar Liqası: “Barselona” ilk dəfə ardıcıl 3 ev oyununda məğlub olub

Çempionlar Liqası: "Barselona" ilk dəfə ardıcıl 3 ev oyununda məğlub olub



Cempionlar Liqasi Barselona ilk dəfə ardicil 3 ev oyununda məglub

İspaniyanın “Barselona” klubu tarixdə ilk dəfə Çempionlar Liqasında ardıcıl 3 ev oyununda məğlub olub.

“Report”un məlumatına görə, Kataloniya təmsilçisi son olaraq cari mövsüm E qrupunda Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzub.

Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya “Yuventus”u ilə qarşılaşmadan məyus ayrılıb.

“Barselona” bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-barselona-ilk-defe-ardicil-3-ev-oyununda-meglub-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.