Çempionlar Liqası: “Barselona” ilk qələbəsini qazanıb, “Volfsburq” uduzub

Çempionlar Liqası: "Barselona" ilk qələbəsini qazanıb, "Volfsburq" uduzub



Cempionlar Liqasi Barselona ilk qələbəsini qazanib Volfsburq uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

“Report”un məlumatına görə, hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

E qrupunda İspaniya “Barselona”sı evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 36-cı dəqiqədə Jerar Pike vurub. Bu, Kataloniya təmsilçisinin cari mövsüm turnirin qrup mərhələsində ilk qalibiyyəti olub. Qrupun digər matçında Almaniya “Bavariya”sı Portuqaliyada “Benfika”nın qonağı olacaq.

G qrupunda isə Almaniya “Volfsburq”u Avstriyada “Zaltsburq”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda “Lill” Fransada İspaniya “Sevilya”sını sınağa çəkəcək.

Çempionlar Liqası

III tur

20 oktyabr

E qrupu

20:45. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:0

Qol: Jerar Pike, 36

23:00. “Benfika” (Portuqaliya) – Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” – 6, “Benfika” – 4, “Barselona” – 3 (3 oyuna), “Dinamo” – 1 (3).

G qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Volfsburq” (Almaniya) – 3:1

Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 – Lukas Nmeça, 15

23:00. “Lill” (Fransa) – “Sevilya” (İspaniya)

Xal durumu: “Zaltsburq” – 7 (3 oyuna), “Sevilya” – 2, “Volfsburq” – 2 (3), “Lill” – 1.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-barselona-ilk-qelebesini-qazanib-volfsburq-uduzub/

Comments are closed, but trackbacks and pingbacks are open.