Çempionlar Liqası: “Barselona”nın səfər sınağı, “Çelsi” “Yuventus”la qarşılaşacaq

Çempionlar Liqası: "Barselona"nın səfər sınağı, "Çelsi" "Yuventus"la qarşılaşacaq



Cempionlar Liqasi Barselonanin səfər sinagi Celsi Yuventusla qarsilasacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.

“Report”un məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında matçlar keçiriləcək.

Günün ilk görüşləri F və H qruplarında olacaq. Müvafiq olaraq, İsveçrə “Yanq Boyz”u İtaliyada “Atalanta” ilə, İsveç “Malmö”sü isə Rusiyada “Zenit”lə üz-üzə gələcək. F qrupunun digər oyununda “Mançester Yunayted” İngiltərədə İspaniya “Vilyarreal”ını qəbul edəcək.

Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada “Yuventus”la turnirin son qalibi olan İngiltərənin “Çelsi” klubu arasında ba tutacaq. H qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

E qrupunda İspaniya “Barselona”sı Portuqaliyada “Benfika”nı, “Bavariya” isə Almaniyada Ukraynanın “Dinamo” (Kiyev) komandasını sınağa çəkəcək.

Çempionlar Liqası

II tur

29 sentyabr

E qrupu

23:00. “Bavariya” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)

23:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)

Xal durumu: “Bavariya” – 3, “Dinamo” – 1, “Benfika” – 1, “Barselona” – 0.

F qrupu

20:45. “Atalanta” (İtaliya) – “Yanq Boyz” (İsveçrə)

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Vilyarreal” (İspaniya)

Xal durumu: “Yanq Boyz” – 3, “Atalanta” – 1, “Vilyarreal” – 1, “Mançester Yunayted” – 0.

G qrupu

23:00. “Volfsburq” (Almaniya) – “Sevilya” (İspaniya)

23:00. “Zaltsburq” (Avstriya) – “Lill” (Fransa)

Xal durumu: “Zaltsburq” – 1, “Sevilya” – 1, “Lill” – 1, “Volfsburq” – 1.

H qrupu

20:45. “Zenit” (Rusiya) – “Malmö” (İsveç)

23:00. “Yuventus” (İtaliya) – “Çelsi” (İngiltərə)

Xal durumu: “Yuventus” – 3, “Çelsi” – 3, “Zenit” – 0, “Malmö” – 0

Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-barselona-nin-sefer-sinagi-celsi-yuventus-la-qarsilsacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.