Çempionlar Liqası: Bu gün üç komanda qrupa vəsiqə qazanacaq

Emrelinin komandası mərhələ adlayıb, "Neftçi"nin potensial rəqibi dəqiqləşib



Cempionlar Liqasi Mahir Emrelinin komandasi Dinamo ilə qarsilasacaq

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.

PSV Niderlandda Portuqaliyanın “Benfika” komandasının müqavimətini qırmağa çalışacaq. “Lüdoqorets” Bolqarıstanda İsveç “Malmö”sü ilə, “Ferentsvaroş” isə Macarıstanda İsveçrə “Yanq Boyz”u ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PSV (Niderland) – “Benfika” (Portuqaliya)

İlk oyun – 1:2

23:00. “Lüdoqorets” (Bolqarıstan) – “Malmö” (İsveç)

İlk oyun – 0:2

23:00. “Ferentsvaroş” (Macarıstan) – “Yanq Boyz” (İsveçrə)

İlk oyun – 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-qrup-merhelesine-vesiqeq-qazanan-3-komanda-belli-olacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.