Çempionlar Liqası: “Neftçi”nin potensial rəqibi müəyyənləşdi

Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibi müəyyənləşdi



Cempionlar Liqasi Neftcinin potensial rəqibi muəyyənləsdi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibi müəyyənləşib.

“Ağ-qaralar” II raundda Yunanıstan “Olimpiakos”unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” ilk matçını evdə oynayacaq.

III təsnifat mərhələsinin görüşləri 3 – 4 və 10 avqustda olacaq.

Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-neftci-nin-potensial-reqibi-mueyyenlesdi/

Comments are closed, but trackbacks and pingbacks are open.