Çempionlar Liqası sensasiya ilə başlayıb

Çempionlar Liqası sensasiya ilə başlayıb



Cempionlar Liqasi sensasiya ilə baslayib

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

“Report”un məlumatına görə, G qrupunun görüşüdən “Sevilya” İspaniyada Avstriya “Zaltsburq”u ilə heç-heçə edib – 1:1. Bu görüşdə hər iki qol penalti ilə vurulub. Qonaq komandadan Luka Suçiç 21-ci, meydan sahiblərindən İvan Rakitiç 42-ci dəqiqədə fərqlənməyi bacarıb. Daha bir penaltini Suçiç 37-ci dəqiqədə qaçırıb.

“Zaltsburq” “Seviya”nın hücumçusu Yussef En-Nesirinin 50-ci dəqiqədə qırmızı vərəqə almasından sonra da qələbə topunu vura bilməyib.

İsveçrədə “Yanq Boyz” və İngiltərə “Mançester Yunayted”i arasındakı F qrupunun görüşündə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, “qırmızı şeytanlar”ı azlıqda qoyub. “Yanq Boyz” say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, günün daha 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qalan 8 görüş isə sentyabrın 15-də olacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-sensasiya-ile-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.