Çempionlar Liqası: “Şerif” üç nəhəng klubun uğurunu təkrarlayıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Moldovanın “Şerif” klubu UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

“Report”un “OptaJose”yə istinadən məlumatına görə, Tiraspol təmsilçisi buna qrup mərhələsinin II turunda İspaniyada “Real Madrid”i 2:1 hesabı ilə məğlub etməklə nail olub.

“Şerif” “kral klubu”nun turnirdəki ilk ev matçında qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Daha əvvəl bunu 1962-ci ildə İtaliya “Yuventus”u, 2006-cı ildə İngiltərə “Arsenal”ı, 2009-cu ildə isə İngiltərə “Liverpul”u bacarıb.

Qeyd edək ki, hazırda 6 xalı olan Moldova klubu D qrupunda liderdir.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasi-serif-uc-neheng-klubun-ugurunu-tekrarlayib/

Comments are closed, but trackbacks and pingbacks are open.