Çempionlar Liqasında qrup mərhələsi başlayır

Çempionlar Liqasında qrup mərhələsi başlayır



Cempionlar Liqasinda qrup mərhələsi baslayir

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.

Günün ilk matçları F və G qruplarında keçiriləcək. İngiltərənin “Mançester Yunayted” klubu İsveçrədə “Bazel”in qonağı olacaq. “Sevilya” isə İspaniyada Avstriya “Zaltsburq”unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Gecənin ən maraqlı qarşılaşması, heç şübhəsiz, E qrupunda olacaq. İspaniya “Barselona”sı evdə Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya “Benfika”sı Ukraynada Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.

Turnirin son qalibi olan İngiltərənin “Çelsi” komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. “Zadəganlar” Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin “Malmö” və İtaliyanın “Yuventus” klubları üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya)

F qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)

23:00. “Vilyarreal” (İspaniya) – “Atalanta” (İtaliya),

G qrupu

20:45. “Sevilya” (İspaniya) – “Zaltsburq” (Avstriya)

23:00. “Lill” (Fransa) – “Volfsburq” (Almaniya)

H qrupu

23:00. “Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya)

23:00. “Malmö” (İsveç) – “Yuventus” (İtaliya)

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.





Mənbə: https://report.az/futbol-xeberleri/cempionlar-liqasinda-qrup-merhelesi-baslayir/

Comments are closed, but trackbacks and pingbacks are open.