Siyasət

Çempionlar Turu: Məmmədyarov – Aronyan görüşü başladı


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb – 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.

Çempionlar Turu: “New In Chess”

Final

21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ)

İlk oyun – 3:1

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan)

İlk oyun – 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.




Mənbə: https://report.az/ferdi/cempionlar-turu-memmedyarov-aronyan-gorusu-basladi/

Related Articles

Back to top button