Çempionlar Turu: Rəcəbov və Məmmədyarov uduzub

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov uduzub



Cempionlar Turu Rəcəbov və Məmmədyarov uduzub

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

“Report”un məlumatına görə, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.

Çempionlar Turu
Final mərhələsi
II tur

Aniş Giri (Niderland) – Yan-Kşiştof Duda (Polşa) – 1,5:2,5
Hikaru Nakamura (ABŞ) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 3,5:2,5
Vladislav Artemyev (Rusiya) – Levon Aronyan (Ermənistan) – 1,5:2,5
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ) – 2,5:0,5
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Maqnus Karlsen (Norveç) – 3:4

Xal durumu: Maqnus Karlsen – 19,5 xal, Uesli So – 15,5 xal, Levon Aronyan – 9 xal, Aniş Giri – 7,5 xal, Teymur Rəcəbov – 7 xal, Vladislav Artemyev – 5,5 xal, Hikaru Nakamura – 5 xal, Maksim Vaşye-Laqrav – 4,5 xal, Şəhriyar Məmmədyarov – 0,5 xal, Yan-Kşiştof Duda – 0.





Mənbə: https://report.az/ferdi/cempionlar-turu-recebov-ve-memmedyarov-uduzub/

Comments are closed, but trackbacks and pingbacks are open.