Çempionlar turu: Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə qarşılaşacaq

Çempionlar turu: Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə qarşılaşacaq


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin iştirakçıları bəlli olub.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov “Chessable Masters” adlanan turnirdə mübarizə aparacaq. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Təşkilatçılar 16 şahmatçıdan 13-nün adını açıqlayıb. Onların arasında 12 yaşında qrossmeyster adını qazanmış ABŞ təmsilçisi Abhimanyu Mişra da var. Digər 3 şahmatçı daha sonra bəlli olacaq.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.





Mənbə: https://report.az/ferdi/cempionlar-turu-sehriyar-memmedyarov-12-yasli-qrossmeysterle-qarsilasacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.