Çexiyada koronavirusa görə fövqəladə vəziyyət tətbiq ediləcək

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət tətbiq ediləcək



Cexiyada koronavirusa gorə fovqəladə vəziyyət tətbiq ediləcək

Çexiya hökuməti koronavirusla əlaqədar noyabrın 26-dan ölkədə fövqəladə vəziyyət tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə “Mlada fronta DNES” qəzeti məlumat yayıb.

Fövqəladə vəziyyət 30 gün müddətinə tətbiq edilir.

Buraya birinci mərhələdə 1 000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi mədəniyyət və idman tədbirlərinin ləğvi, restoran və barların bağlanması daxildir. 

Qərara əsasən, yalnız küçələrdə Milad bazarlarına icazə verilir.

Qeyd edək ki, noyabrın 22-dən etibarən Çexiyada peyvənd olunmayan və koronavirusa yoluxmayan vətəndaşlar üçün karantin rejimi artıq qüvvədədir.





Mənbə: https://report.az/diger-olkeler/cexiyada-koronavirusa-gore-fovqelade-veziyyet-tetbiq-edilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.