Çexiyada pandemiyaya qarşı tədbirlər sərtləşdirilib

Çexiyada pandemiyaya qarşı tədbirlər sərtləşdirilib



Cexiyada pandemiyaya qarsi tədbirlər sərtləsdirilib

Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar hökumət pandemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Vojteç jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, son bir gündə yeni koronavirus xəstələrinin sayı keçən həftənin eyni günü ilə müqayisədə iki dəfə artıb: “Xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün bütün iş yerləri, ictimai iaşə müəssisələri və sosial obyektlərdə maska taxmaq, habelə immunitet və ya vaksin sertifikatına malik olmaq mütləqdir”.

Nazirlər Kabineti öz növbəsində pulsuz testləri ləğv edərək, onları yalnız 18 yaşınadək olanlar üçün qüvvədə saxlayıb.

Son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 3 246 təşkil edib ki, bu da ötən həftənin eyni günü ilə müqayisədə 1 739 nəfər çoxdur.

Hazırda Çexiyada 20,4 min koronavirus xəstəsi var, onlardan 620-si xəstəxanaya yerləşdirilib, onlardan 102-sinin vəziyyəti ağırdır.

Ölkədə 6 milyondan çox insan koronavirusa qarşı tam peyvənd edilib.





Mənbə: https://report.az/diger-olkeler/cexiyada-pandemiyaya-qarsi-tedbirler-sertlesdirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.