Çexiyalı futbolçu: “Qarabağ”la oyun çox vacibdir”

Çexiyalı futbolçu: "Qarabağ"la oyun çox vacibdir"



Cexiyali futbolcu Qarabagla oyun cox vacibdir

“Qol vurmaq və qələbə qazanmaq üçün şanslarımız oldu”.

“Report”un məlumatına görə, bunu Kiprin “Omoniya” klubunun futbolçusu Yan Letsyaks UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Qazaxıstanda “Kayrat”la qolsuz he-heçə etdikləri oyun barədə danışarkən deyib.

31 yaşlı çexiyalı müdafiəçi bildirib ki, bir xalı da yaxşı nəticə hesab etmək olar: “Evə bir xalla qayıtdıq. Qol vurmaq üçün fürsətlər əldə etsək də, son nöqtəni qoya bilmədik. İsveçrə “Bazel”i qrupumuzun favoritidir. Digər üç komanda da pley-offa vəsiqə uğrunda mübarizə aparacaq. “Qarabağ”a qarşı növbəti matçımız çox vacibdir”.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə “Bazel”lə qolsuz heç-heçəyə razılaşıb.





Mənbə: https://report.az/futbol-xeberleri/cexiyali-futbolcu-qarabag-a-qarsi-matc-cox-vacibdir/

Comments are closed, but trackbacks and pingbacks are open.