Ceyson Epşteyn: “İran absurd və uğursuzluğa məhkum taktikaya əl atır”

Ceyson Epşteyn: "İran absurd və uğursuzluğa məhkum taktikaya əl atır"



Ceyson Epsteyn Iran absurd və ugursuzluga məhkum taktikaya əl atir

“Görünür, rəsmi Tehran Cənubi Qafqazda nüfuzunu itirməyə başlamasından narahatdır və bu səbəbdən, bu cür absurd və uğursuzluğa məhkum taktikaya əl atır”.

Bunu “Report”a ABŞ-ın yəhudi təşkilatı – “SouthFive Strategies”in prezidenti, ekspert Ceyson Epşteyn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziyaya verdiyi müsahibəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, nazirin heç nə ilə əsaslandırılmamış ittihamı proqnoza daha çox oxşayır.

“Əgər daha böyük regionda hərbi əməliyyatların aparılması və hərbi cinayətlərin törədilməsi işində terror qruplaşmalarının cəlb edilməsi və idarə olunmasında ekspert olan hər hansı təşkilat varsa, bu, elə İran rejiminin özüdür”, – o deyib.





Mənbə: https://report.az/qarabag/ceyson-epsteyn-iran-absurd-ve-ugursuzluga-mehkum-taktikaya-el-atir/

Comments are closed, but trackbacks and pingbacks are open.