“Ciddi tədbirlərə ehtiyac var” – Yenicag.Az

DİQQƏT! Bu yollarda tıxac var – SİYAHI


“Sürücülərin daha çox istifadə etdiyi yollarda dayanma və durma qaydalarının təkmilləşdirilməsi, parkinq xidmətinin düzgün təşkil edilməsi zəruridir”.

Bu sözləri yeni tədris ilinin başlaması ilə əlaqədar ictimai nəqliyyatdakı gözlənilən vəziyyəti analiz edən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Azərbaycanda dizel muhərrikli avtomobillərin qadagan olunmasi… – Ekspertdən CAVAB –

Ekspert bildirib ki, nəqliyyat sıxlığının əsas səbəbi idarəetmənin düzgün qurulmaması ilə yanaşı, əksər sürücülərin qaydalara əməl etməməsidir:

“Yeni tədris ili paytaxt Bakı və digər böyük şəhərlərdə nəqliyyat və sərnişin sıxlığına səbəb olacaq. İstər metro, istərsə də avtobuslarda sərnişin sıxlığının yaranması qaçılmazdır. Hər il yollarda tıxacların olması, xüsusən də təhsil ocaqlarında dərslərin günün eyni pik saatlarında baş tutması fonunda yaranan mövcud problemlə bağlı müxətlif təkliflər irəli sürülüb. Bu təkliflərdən biri böyük təhsil müəssisələrinin yaxınlığında parkinqlərin yaradılmasıdır. Elə məktəblər var ki, orada avtomobil parkinqinə ciddi ehtiyac var. Digər problemlərdən biri əksər sürücülərin məlumatsızlığı ilə bağlıdır. Elə təhsil müəssisələri var ki, yerləşdiyi əraziyə avtomobillə daxil olmaq düzgün deyil. Lakin sürücülər qaydalara əməl etmirlər və nəticədə yolda süni tıxac yaranır. Hesab edirəm ki, müvafiq qurumlar sərnişin və nəqliyyat sıxlığının qarşısını almaq üçün tənzimləyici tədbirlər həyata keçirməlidir”.

Gülşən Şərif

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/olkenin-hellini-tapmayan-tixac-ve-sernisin-sixligi-problemi-ciddi-tedbirlere-ehtiyac-var/

Comments are closed, but trackbacks and pingbacks are open.