Çində gəmi qəzası nəticəsində ölənlərin sayı 10-a çatıb

Çində gəmi qəzası nəticəsində ölənlərin sayı 10-a çatıb



Cində gəmi qəzasi nəticəsində olənlərin sayi 10 a catib

Çinin cənub-şərqində yerləşən Quizhou əyalətində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 10-a çatıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, indiyə qədər 40 nəfər xilas edilib, daha 5 sərnişin isə hələ də itkin düşmüş sayılır. Axtarış-xilasetmə əməliyyatına 50-yə yaxın xilasetmə gəmisi və helikopter cəlb edilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Zanqke çayında sərnişin gəmisi aşıb. İlkin məlumatlara görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub.





Mənbə: https://report.az/diger-olkeler/cinde-gemi-qezasi-neticesinde-olenlerin-sayi-10-a-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.