Çində sabiq məmur korrupsiyaya görə ağır cəza alıb

Çində sabiq məmur korrupsiyaya görə ağır cəza alıb



Cində sabiq məmur korrupsiyaya gorə agir cəza alib

Çinin CITIC Group (Çin Beynəlxalq Trast Sərmayə Korporasiyası) dövlət şirkətinin sabiq icraçı direktoru Jao Cinqven barəsində iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Hunan əyalətindəki Çanqşa Orta Xalq Məhkəməsində çıxarılan qətnamə ilə rüşvətxorluq və korrupsiya cinayətlərinə görə bütövlükdə 18 il həbs cəzasına və 3,2 milyon yuan (495 min dollar) məbləğində cəriməyə məhkum edilib.

Məhkəmə qərarına görə, müttəhim törətdiyi cinayətləri etiraf edərək peşman olduğu, qanunsuz ələ keçirdiyi vəsaitlərin hamısını təhvil verdiyi və istintaqa əngəl yaratmadığı üçün cəzası bir qədər yüngül olub.

Rəsmi məlumata əsasən, 2012-ci ildə hazırkı dövlət başçısı Si Cinpin hakimiyyətə gələndən bu yana ölkədə korrupsiyaya görə bütövlükdə 4,1 milyon nəfər müxtəlif cəzalara məruz qalıb.





Mənbə: https://report.az/diger-olkeler/cinde-sabiq-memur-korrupsiyaya-gore-agir-ceza-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.