“CinemaPlus” açıq havada yeni kinoteatr açdı

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“CinemaPlus” kinoteatrları kinosevərlər üçün yeni layihə ərsəyə gətirib.

“Report” xəbər verir ki, Şamaxı şəhərində yerləşən “Abqora”restoranında “Meysəri” şərabları və “CinemaPlus”un birgə layihəsi olan “Open Air Cinema”da hər həftə sonu, 5,6,7-ci günlər açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə bilərlər.

Filmər və seanslar haqqında məlumatı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin sosial şəbəkələrindən əldə edə bilərsiniz. Ətraflı məlumat üçün +994 55 251 20 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı məlumat barədə kinoteatrın sosial şəbəkələrində qeyd olunacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ötən ilin martın 14-i saat 00:00-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsi qapalı məkanlarda öz fəaliyyətini müvəqqəti dayandırıb.





Mənbə: https://report.az/sou-biznes-xeberleri/cinemaplus-aciq-havada-yeni-kinoteatr-acdi/

Comments are closed, but trackbacks and pingbacks are open.