Çinin şərqində gəmilər toqquşub, ölən və itkin düşənlər var

Çinin şərqində gəmilər toqquşub, ölən və itkin düşənlər var



Cinin sərqində gəmilər toqqusub olən və itkin dusənlər var

Çinin Çjeszyan şərq əyalətinin akvatoriyasında iki gəminin toqquşması bir nəfərin həlak olmasına gətirib çıxarıb, daha iki nəfər itkin düşmüş hesab edilirlər.

“Report” xəbər verir ki, bu barədə dəniz işləri üzrə əyalət idarəsinə istinadən “Çjunqo sinvenvan” informasiya resursu bildirib.

Hadisə çərşənbə günü axşam Çjouşan adalarından şərqə olub. Bildirilir ki, fəlakət siqnalı Panamada qeydə alınmış yük gəmisinin və Çin balıqçı gəmisinin toqquşmasından sonra alınıb. Hadisə yerinə gəlmiş xilasedicilər daha dörd nəfəri sudan çıxarmağa nail olub.

Axtarış-xilasetmə əməliyyatında sahil mühafizəsinin gəmiləri, balıqçılar və yaxınlıqda olan başqa mülki gəmilər iştirak edir. Fövqəladə hadisənin baş verdiyi ərazidə gəmiçilik müvəqqəti məhdudlaşdırılıb.





Mənbə: https://report.az/diger-olkeler/cinin-serqinde-gemiler-toqqusub-olen-ve-itkin-dusenler-var/

Comments are closed, but trackbacks and pingbacks are open.