Cövdət ikinci dəfə evləndiyini açıqladı

Cövdət ikinci dəfə evləndiyini açıqladı


Aktyor Cövdət Şükürov ilk həyat yoldaşından ayrılması, yeni eşq yaşaması haqda açıqlama yayıb.

Axşam.az xəbər verir ki, sənətçi ünvanına yazılan tənqidlərə münasibət bildirib. Cövdət qeyd edib ki, hazırda eşq yaşadığı Fidan adlı xanımla artıq rəsmi evlənib:

“Birinci, 2019-cu il oktyabrda rəsmi olaraq boşanmışam, yeni münasibətə də 2020-ci ildə baslamışam. Bildiniz, bilmədiniz, “ailə dağıtdı” kimi sözlər yazırsız. İkincisi, biz Fidan ilə rəsmi olaraq evlənmişik.

Şərhdə nə gəldi yazanlara demək istəyirəm ki, ağıllı olun, siz kimsiz məni bilib-bilmədən müzakirə edirsiniz? Niyə məni məcbur edirsiniz ki, sizi gətizdirib qanun çərçivəsində üzr istətdirim? Sınmaq istəyirsiz?

Sizin nəslinizdə boşanan yoxdur? Evlənmişəm, əl çəkin. Həyatda heç kim heç nədən sığortalanmayıb, boşanmaq eyib deyil. Boşanıb uşaqlarına baxmamaq şərəfsizlikdir, evli ola-ola o, bu, ilə gəzmək eyibdir… Kaş elə hami menim kimi ata olsun”.

Cövdət ilk xanımından ayrılma səbəbini də açıqlayıb:

“Gənc yaşımda ailə qurmuşdum və çox səhvlər edirdim. Ona görə də mənim ailəm dağıldı, bu mənim səhvimdir və bilərəm bu səhvi, bunun heç kimə dəxli yoxdu. İndi imkan verin mən də, mənim keçmiş ailəm də rahat öz həyatını qursun”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136952

Comments are closed, but trackbacks and pingbacks are open.