COVID-19 pasportu olmadan toya pul yazdırıb çıxmaq olar? – Yenicag.Az

COVID-19 pasportu olmadan toya pul yazdırıb çıxmaq olar?


“Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir”.

Yenicag.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.

E.Hacıyev bildirib ki, çünki şəxs müvafiq yoxlamadan keçir:

“O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir”.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/covid-19-pasportu-olmadan-toya-pul-yazdirib-cixmaq-olar/

Comments are closed, but trackbacks and pingbacks are open.