COVID-19 pasportu olmayan 20 nəfər toya buraxılmadı

COVID-19 pasportu olmayan 20 nəfər toya buraxılmadı - Fotolar


Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Lüksemburq və Hacallı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Axşam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil etdiyi məlum olub. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəliyyət göstərən “Çinar” şadlıq sarayında keçirilən toy mərasiminə olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb.

Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 20 nəfər restorana buraxılmayıb.COVID 19 pasportu olmayan 20 nəfər toya

1627415751 314 COVID 19 pasportu olmayan 20 nəfər toya



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134633

Comments are closed, but trackbacks and pingbacks are open.