Dünya xəbərləri

Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Böyük Dəbilqəyə start veriləcək.

“Report”un məlumatına görə, Azərbaycanın 10 təmsilçisindən yarısı ilk yarış günündə mübarizə aparacaq. Onlardan 2-si kişilərin, 3-ü qadınların mübarizəsinə qatılacaq.

Böyük Dəbilqə
5 may

Kişilər
60 kq

1/16 final. Davud Məmmədsoy – ALbert Oğuzov (Rusiya)

66 kq
1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva – Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı – Katarina Ments (Almaniya)

52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)

Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqədə 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayacaq.




Mənbə: https://report.az/ferdi/cudocularimiz-boyuk-debilqede-mubarizeye-baslayir989080/

Related Articles

Back to top button