Dəb olsa da sevilməyən 6 tərz

Dəb olsa da sevilməyən 6 tərz - Fotolar


Dəb hər il dəyişir. Bəzən əvvəlki illərin tərzi geri qayıdır, bəzənsə, tam fərqli stillər vitrinləri bəzəyir. Əvvəl aldığımız bir geyim neçə il qarderobumuzda qalardısa, indi hər mövsüm dəb dəyişir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu payız da bir çox geyim tərzləri illər əvvəldən geri qayıdıb. Amma onlar dəb olsalar da, bir çox qadınlar heç vaxt qarderoblarına daxil etməz.

Şlyapa və papaq

Hər qadın papaq və ya şlyapa taxmağı sevmir. Bunun əvəvzinə son vaxtlar dəb olan papaqlı palto və ya gödəkcə seçilir.

Dəb olsa da sevilməyən 6 tərz 

Ortası boş şalvarlar

yarandığı gündən bu cür şalvarlar müzakirələrə səbəb olub. Bir vaxtlar hip-hop və ya rep tərzi hesab edilən bu cür stli indi adi vitrinlərdə tapmaq mümkündür. Bu cür şalvarlar bəzən kök bədən quruluşunu gizlətməkdə istifadə edilir.

1632700906 313 Dəb olsa da sevilməyən 6 tərz 

Bəzəkli gödəkcə

Bər-bəzəyi hər xanım sevmir. Çoxları sadəliyə üstünlük verir. Çünki sadə gödəkcəni hər geyimlə istifadə etmək olur. Muncuqlu, zərli və ya qaşlı gödəkcə isə hər ab-havaya uyğun deyil.

1632700906 283 Dəb olsa da sevilməyən 6 tərz 

Dəri tayt

Tayt son günlər ən çox istifadə edilən geyim növüdür. Həm rahatdır, həm də hər tərzə uyğundur. Amma dəri tayt heç də arzuolunan deyil. İlk növbədə bu geyim insanı artıqçəkili göstərir.

1632700906 117 Dəb olsa da sevilməyən 6 tərz

Dar pencək

Pencək hər mövsüm dəbdə olub. Amma dar pencəyi sevən az adam var. Bunun yerini son vaxtlar boş pencəklər alıb ki, bu, həm dəbli, həm də rahatdır.

1632700906 314 Dəb olsa da sevilməyən 6 tərz

Ətəyi uzun şalvarlar

Bu cür şalvar mağazalarda hər zaman olub. Amma ən uyğunu ətəyi kəsdirməkdir. Əgər aldığınız şalvarın ətəyi uzundursa, onu kəsdirməkdən çəkinməyin.

1632700906 233 Dəb olsa da sevilməyən 6 tərz



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136946

Comments are closed, but trackbacks and pingbacks are open.