Dərnəgüldə “KamAZ” və “Opel” toqquşub, xəsarət alan var

Bakıda “KamAZ”la minik avtomobili toqquşub



Bakida KamAZla minik avtomobili toqqusub

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospektində “KamAZ” markalı yük avtomobili ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Camalzadə Nicat Əvəz oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsin küt travması və bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/dernegulde-kamaz-ve-opel-toqqusub-xesaret-alan-var/

Comments are closed, but trackbacks and pingbacks are open.