Daha bir estetik əməliyyat etdirdiyinə görə onu qınadı

Daha bir estetik əməliyyat etdirdiyinə görə onu qınadı


Müğənni Ketti Praysının keçmiş həyat yoldaşı Kiyeran Hayler mətbuata verdiyi sonuncu açıqlamada övladarının anasını həddindən artıq estetik əməliyyat etdirdiyinə görə qınayıb.  

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Kiyeran təkcə öz uşaqlarının deyil, Kettinin digər övladlarının da hər estetik əməliyyatdan sonra psixoloji zərbə aldığını açıqlayıb. O, Kettinin əməliyyatlardan sonra qorxunc göründüyünü vurğulayıb:

“Estetik əməliyyatlardan sonra analarının ağrılar içində sağalmasına şahid olmaq uşaqlar üçün çox çətindir. Bəzən uşaqlar haqqında da düşünmək lazımdır”.

Qeyd edək ki, ilk əməliyyatını 17 yaşında etdirən Ketti Praysın bu günə qədər bədənində 20-dən çox estetik düzəliş aparılıb. Müğənninin Kiyerandan 2, ümumilikdə isə 5 övladı var.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134317

Comments are closed, but trackbacks and pingbacks are open.