“Danışdım, dedilər paxıldır” – Elçin Cəfərov

"Danışdım, dedilər paxıldır" - Elçin Cəfərov


“Bir iş peşindəyəm, ona görə də burada olmuram. Bir müddət hamıda baş verdi, küsdük. O mərhələni keçmək lazım idi. Başqa dövr gəlmişdi, başqa bayağı musiqilər gündəm idi. Mən də çıxıb danışdım, paxıl kimi tanıdılar”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov “Səhər mərkəzi” proqramında deyib. Sənətçi uzun müddətdir gündəmdən uzaqlaşmasından bəhs edib. O bildirib ki, sənətdən küsüb və uzaqlaşıb:

“Tamaşaçı insanı başqa cür görür. Qoydum hər şeyi kənara. İnsan özünü fikirləşməlidir. Başqasının haqqında danışmaq vaxtını alır. Bir ildir psixoloji bunu qəbullanmışam ki, belə lazım idi. Mənim üçün çox çərçivələr var, hər zaman olub. Özümdə olan xasiyyətdir. Əvvəl buna görə sıxılırdım, indi düşünürəm yaxşı ki, çərçivədə olmuşam. İndi üzümü ağ edən onlardır. Uşaqlıqdan var idi bu çərçivələr. Zaman keçməli idi ki, kompleksləri atım. Murad Dadaşov haqqımda demişdi ki, Elçin çox istedadlıdır, kompleksləri onu qabağa getməyə qoymur”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=139288

Comments are closed, but trackbacks and pingbacks are open.