Daş böyrək çatışmazlığı əmələ gətirir

Daş böyrək çatışmazlığı əmələ gətirir


İnsan yaşa dolduqca bəzi xəstəliklərlə üzləşir. Bunlardan biri də öddə, böyrəkdə olan daşlardır ki, onların əmələ gəlməsində səbəb orqanizmdə olan çöküntülərdir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bunlar arasında ən təhlükəlisi böyrək daşıdır. 

Böyrək paxlayabənzər cüt orqan olub, uzunluğu 10-12 santimetrdir. Həmçinin böyrək arterial təzyiqin normada saxlanılmasında böyük rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir. Sidiyin əmələ gəlməsində və xaric olunmasında böyrəklərin rolu böyükdür. Bu zaman hansısa bir pozğunluq yarandıqda, böyrəkdə mineral çöküntülər əmələ gəlir. Get – gedə bu çöküntülər daşlaşır və  böyrək daşı əmələ gəlir. Böyrəkdə daş əmələ gəlməsinin əsas səbəblərindən bir də maddələr mübadiləsinin və su-duz balansının pozulmasıdır. Duz balansı pozulduqda  böyrəkdə duzun miqdarı artır, duz daşlaşmağa başlayır. Oturaq həyat tərzi də böyrəkdə daş əmələ gəlməsinə səbəb olan amillərdəndir. Oturaq həyat şəraiti kalsiumun sümüklərdən xaric olmasını sürətləndirir, qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır. Bu da daş əmələ gəlməsini sürətləndirir.

Qidada ət yeməklərinin üstünlük təşkil etməsi urat daşlarının, süd məhsullarının çox olması isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır. Müasir dövrdə daha çox oksalat daşlarına rast gəlinir. Sistin daşlara isə çox nadir hallarda rast gəlmək olur.

Daşlar ilk əvvəllər böyrəyin kasa-ləyən adlanan hissəsində əmələ gəlir. Burada olan zaman daş sidik axınına təsir etmir. Daş getdikcə sidik axınına düşür. Belə halda xəstədə dəhşətli ağrılar baş verir. Getdikcə daş daha da irəliləyir və sidik axarının mənsəbini tamamilə tutur. Bu zaman sidik xaric oluna bilmir, böyrəkdə yığışır. Ağrılar daha da kəskinləşir və bel nahiyəsinə, qarının aşağı hissələrinə vurur. Bu ağrılar aramla, günlərlə davam edə bilər. Belə halda hətta sidikdə qan da olur. Böyrək daşları sidik axınına mane olmadıqda, heç bir ağrı vermir. Böyrək daşı bəzən ürəkbulanma ilə də müşayiət olunur. Daşların uzun müddət böyrəkdə qalması, müalicə olunmaması böyrək çatışmazlığına gətirib çıxarır.

Müalicəsi:

Muasir tibbdə müxtəlif vasitələrdən istifadə etməklə böyrək daşlarını əritmək mümkündür. Böyrək daşlarına qarşı müalicə ilk əvvəl qanda sidik turşusunun miqdarını normallaşdırmaq və sidiyin reaksiyasını zəif turş xassəli etmək istiqamətinə yönəldilir. Bunun üçün xəstə ilk əvvəl pəhriz saxlamalıdır. Xəstəyə ikihəftəlik müalicə kursu təyin edirlər. Müalicə bir nəticə vermədikdə cərrahi – əməliyyata müraciət olunur. Ancaq bu üsüldan daha ağır hallarda istifadə olunur. Yəni, əgər daş sidik axarına yerləşərsə və onu parçalamaq qeyri-mümkün olarsa, bu zaman cərrahi – əməliyyata müraciət olunur. Bəzənsə daşları endoskopik yolla aradan qaldırırlar. Çox portağal yemək böyrək daşı əmələ gətirir.

Dünyada qadınların 60 faizi öd daşı, kişilərinsə 40 faizi böyrək daşı xəstəliyindən əziyyət çəkir.

Böyrək daşlarını ev şəraitində müalicə etmək üçün bunlardan istifadə oluna bilər:

· 1 çay qaşığı cəfəri yarpağını və 1 çay qaşığı cəfəri kökünü bir stəkan suda qaynadın. 2-3 saat dəmləyin. Hər gün yeməkdən 2 saat əvvəl 1 stəkan için.
· 2 xörək qaşığı itburnu kökünü 1 stəkan suda 15-20 dəqiqə qaynadın. Yun parçaya büküb, bir neçə saat saxladıqdan sonra gün ərzində 4 dəfə ½ stəkan qəbul edin.
· Böyrək daşlarına tozağacı yarpaqları da kömək edir. Yazda yarpaq yapışqan olan formada (yarpaqlar təzə çıxan vaxt 3 gün yapışqan olur) onları yığıb, qurudun. 1 stəkan qaynar suya 1 çay qaşığı quru yarpaqlardan töküb, yarım saat saxlayın. Gün ərzində 3-4 dəfə çay əvəzi için. İstəsəniz içərisinə bal da qata bilərsiniz.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140922

Comments are closed, but trackbacks and pingbacks are open.