Daşkəsənə leysan yağış yağıb, dolu düşüb

Daşkəsənə leysan yağış yağıb, dolu düşüb



Daskəsənə leysan yagis yagib dolu dusub

Axşam saatlarında Daşkəsən rayonunda güclü yağış yağır, bir neçə dəqiqə dolu düşüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yağıntılı hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkəti qismən dayanıb. Leysan yağış daha sonra bir neçə dəqiqə dolu ilə əvəz olunub. Nəticədə meyvə ağaclarına, fərdi təsərrüfatlara qismən ziyan dəyib.

Hazırda rayon ərazisində leysan yağış yağır və güclü ildırım çaxır.

Qeyd edək ki, yağıntılı hava şəraiti ətraf rayonlarda – Göygöl, Gədəbəy, Şəmkir, Samuxda və Gəncə şəhərində də müşahidə olunur.





Mənbə: https://report.az/ekologiya/daskesene-leysan-yagis-yagib-dolu-dusub/

Comments are closed, but trackbacks and pingbacks are open.