Daşkəsəndə yük avtomobilinin sürücüsünün ölümü ilə bağlı cinayət işi açılıb

Daşkəsəndə yük avtomobilinin sürücüsünün ölümü ilə bağlı cinayət işi açılıb



Daskəsəndə yuk avtomobilinin surucusunun olumu ilə bagli cinayət isi acilib

Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Man” markalı yük maşınının sürücüsü, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlu avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra yük avtomobili aşıb. Nəticədə sürücü ölüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.





Mənbə: https://report.az/hadise/daskesende-yuk-avtomobilinin-surucusunun-olumu-ile-bagli-cinayet-isi-acilib/

Comments are closed, but trackbacks and pingbacks are open.