Daşqın Belçikaya 10 milyard avrodan çox zərər vurub

Daşqın Belçikaya 10 milyard avrodan çox zərər vurub



Dasqin Belcikaya 10 milyard avrodan cox zərər vurub

Son 100 ilin ən güclü daşqınının Belçika vurduğu zərər 100 milyard avronu keçir. Zərərin yekun məbləği açıqlanmır.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə RTL-TVI telekanalı məlumat yayıb.

Belçikada leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində rəsmi məlumata görə 32 nəfər ölüb. Onların kimliyi artıq müəyyən edilib. Daha 18 nəfər itkin düşmüş hesab olunur. 1000-dən çox ev dağılıb və ya zədələnib. 1500-dək evin su, 10 min 500 evin elektrik enerjisi, 10 evin qaz təchizatı kəsilib.





Mənbə: https://report.az/diger-olkeler/dasqin-belcikaya-10-milyard-avrodan-cox-zerer-vurub/

Comments are closed, but trackbacks and pingbacks are open.