Daun sindromlu uşaqlar üçün yeni il şənliyi keçirilib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda (BOS) daun sindromlu uşaqlar üçün yeni il şənliyi keçirilib.

“Report”un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunmuş uşaqları stadiona Azərbaycan milli komandasının avtobusu gətirib.

Onları BOS-da AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, veteran futbolçu Cavid Hüseynov, “Zirə”nin üzvü Ruslan Abışov, “Sumqayıt”ın qapıçısı Aydın Bayramov və qadınlardan ibarət Azərbaycan U-17 millisinin məşqçisi Kader Alimova qarşılayıb, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriklərini çatdırıblar.

Daha sonra stadionun paltardəyişmə otağına dəvət olunan uşaqlara məlumat verilib ki, milli komanda oyunlar zamanı məhz həmin otaqdan istifadə edir. Orada uşaqlara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub. Futbolkalar fərdi olaraq hazırlanıb və hər birinin üzərində geyimin təqdim olunduğu uşağın adı yazılıb.

Tədbirin sonunda uşaqlar yolkanın ətrafına dəvət olunub, burada təşkil olunmuş əyləncəli proqramda iştirak edib və onlara AFFA və tərəfdaşlarının hədiyyələri təqdim olunub.





Mənbə: https://report.az/futbol-xeberleri/daun-sindromlu-usaqlar-ucun-yeni-il-senliyi-kecirib/

Comments are closed, but trackbacks and pingbacks are open.