DÇ-2022: Albaniya – Polşa oyunu azarkeşlərin davranışına görə yarımçıq dayandırılıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Albaniya və Polşa yığmaları arasında futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu yarımçıq dayandırılıb. 

“Report”un məlumatına görə, buna 78-ci dəqiqədə qonaq komandanın futboolçusu Karol Sviderskinin vurduğu qoldan sonra meydana yerli fanatların meydana yad əşyalar atmaları səbəb olub. Fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Hələlik qarşılaşmanın davam etdirilib-etdirilməyəcəyi məlum deyil. 

Qeyd edək ki, görüş Tiranadakı “Air Albania” stadionunda keçirilir. Hazırda Polşa öndədir – 1:0. 





Mənbə: https://report.az/futbol-xeberleri/dc-2022-albaniya-polsa-oyunu-azarkeslerin-davranisina-gore-yarimciq-dayandirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.