DÇ-2022: Portuqaliya və İrlandiyadan darmadağın, Ukrayna və İngiltərə xal itirib

DÇ-2022: Portuqaliya və İrlandiyadan darmadağın, Ukrayna və İngiltərə xal itirib



DC 2022 Portuqaliya və Irlandiyadan darmadagin Ukrayna və Ingiltərə xal itirib

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura yekun vurulub.

“Report”un məlumatına görə, qarşılaşmaların ardından bir neçə yığma qruplardakı mövqelərini daha da yaxşılaşdırıb.

A qrupunda Portuqaliya millisi Lüksemburqu, Serbiya isə Azərbaycanı qəbul edib. Hər iki oyunda meydan sahibləri qalib gələrək, ən azı pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup qalibi kimi birbaşa vəsiqənin taleyi son 2 turda həll olunacaq.

B qrupunda Gürcüstan yığması ilk qələbəsini səfərdə Kosovo üzərində qazanıb. Yunanıstan isə İsveçə uduzub. Nəticədə İsveç İspaniyanı keçərək, qrup lideri olub.

C qrupunda son Avropa çempionu İtaliya meydana çıxmadan ilk iki sıradan birini rəsmiləşdirib. Pley-offa digər vəsiqəni İsveçrə səfərdə Litvanı darmadağın edərək, qazanıb.

D qrupunda Qazaxıstan evdə Finlandiyaya uduzub, Ukrayna isə Bosniya və Herseqovina üzərində qələbəni əldən verib.

F qrupunda Danimka Avstriyanı minimal hesabla məğlub edərək, dünya çempionatına birbaşa vəsiqəni vaxtından əvvəl təmin edib. Şotlandiya səfərdə Farer adalarını, İsrail isə evdə Moldovanı yenərək, pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirib.

I qrupunda İngiltərə Macarıstanla heç-heçə edib, Albaniya isə Polşaya uduzub. Nəticədə İngiltərə liderliyini davam etdirdiyi halda, Polşa ikinci pilləyə yüksəlib “Cırtdanlar”ın mübarizəsində Andorra San Marinonu darmadağın edərək, xalını 6-ya çatdırıb.

DÇ-2022, seçmə mərhələ
VIII tur
12 oktyabr

A qrupu

22:45. Portuqaliya – Lüksemburq – 5:0

Qollar: Kriştianu Ronaldu, 8; 13 (hər ikisi pen.); 87. Brunu Fernandeş, 18. Joao Palinya, 69

22:45. Serbiya – Azərbaycan – 3:1

Qollar: Duşan Vlaxoviç, 30 (pen.); 53. Duşan Tadiç, 83 (pen.) – Emin Mahmudov, 45+2

Xal durumu: Serbiya – 17 (7 oyuna), Portuqaliya – 16 (6), Lüksemburq – 6 (6), İrlandiya – 5 (6), Azərbaycan – 1 (7)

B qrupu

22:45. Kosovo – Gürcüstan – 1:2

Qollar: Vedat Muriç, 45 (pen.) – Tornike Okriaşvili, 11. Zuriko Davitaşvili, 82

22:45. İsveç – Yunanıstan – 2:0

Qollar: Emil Forsberq, 59 (pen.). Aleksander İsak, 69

Qırmızı vərəqə: Pantelis Xatsidiakos, 86 (Yunanıstan)

Xal durumu: İsveç – 15 (6 oyuna), İspaniya – 13 (6), Yunanıstan – 9 (6), Gürcüstan – 4 (7), Kosovo – 4 (7)

C qrupu

22:45. Litva – İsveçrə – 0:4

Qollar: Bril Embolo, 31; 45. Renato Şteffen, 42. Mario Qavranoviç, 90+4

22:45. Bolqarıstan – Şimali İrlandiya – 2:1

Qollar: Todor Nedelev, 53; 63 – Konor Vaşinqton, 45

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə – 14 (6), Bolqarıstan – 8 (7), Şimali İrlandiya – 5 (6), Litva – 3 (7)

D qrupu

18:00. Qazaxıstan – Finlandiya – 0:2

Qollar: Teemu Pukki, 45; 48

22:45. Ukrayna – Bosniya və Herseqovina – 1:1

Qollar: Andrey Yarmolenko, 15 – Anel Ahmedhociç, 77

Xal durumu: Fransa – 12 (6 oyuna), Ukrayna – 9 (7), Finlandiya – 8 (6), Bosniya və Herseqovina – 7 (6), Qazaxıstan – 3 (7)

F qrupu

22:45. Farer adaları – Şotlandiya – 0:1

Qol: Lindon Dayks, 86

22:45. Danimarka – Avstriya – 1:0

Qol: Yoakim Mele, 53

22:45. İsrail – Moldova – 2:1

Qollar: Eran Zahavi, 28. Munas Dabbur, 49 – İon Nikolaesku, 90+4

Qırmızı vərəqə: Oleq Ryabçuk, 86 (Moldova)

Xal durumu: Danimarka – 24, Şotlandiya – 17, İsrail – 13, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1

I qrupu

22:45. San Marino – Andorra – 0:3

Qollar: Mark Pujol, 10. Serji Moreno, 55. Rikard Fernandes, 89

22:45. İngiltərə – Macarıstan – 1:1

Qollar: Con Stounz, 37 – Roland Şallai, 24 (pen.)

22:45. Albaniya – Polşa – 0:1

Qol: Karol Sviderski, 77

Xal durumu: İngiltərə – 20, Polşa – 17, Albaniya – 15, Macarıstan – 11, Andorra – 6, San Marino – 0.

Yoldaşlıq görüşü

22:45. İrlandiya – Qətər – 4:0

Qollar: Kallum Robinson, 4; 13 (pen.); 53. Şeyn Daffi, 59





Mənbə: https://report.az/futbol-xeberleri/dc-2022-portuqaliya-ve-irlandiyadan-darmadagin-ukrayna-ve-ingiltere-xal-itirib/

Comments are closed, but trackbacks and pingbacks are open.