DÇ-2022: Serbiya – Azərbaycan matçında hesab bərabərləşib

DÇ-2022: Serbiya - Azərbaycan matçında hesab bərabərləşib



DC 2022 Serbiya Azərbaycan matcinda hesab bərabərləsib

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

“Report”un məlumatına görə, ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

23:15

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.

“Report”un məluamtına görə, 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Duşan Vlahoviç penaltidən fərqlənib.

22:45

Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

“Report”un məlumatına görə, Bakı vaxtı ilə saat 22:45-də start götürən matçı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıdakı görüşdə Canni De Byazinin başçılıq etdiyi kollektiv 1:2 hesabı ilə uduzub.





Mənbə: https://report.az/futbol-xeberleri/dc-2022-serbiya-azerbaycan-matci-baslayib/

Comments are closed, but trackbacks and pingbacks are open.