DÇ-2022: Türkiyə millisi xal itirib, Almaniya və Niderlanddan çətin qələbə

DÇ-2022: Türkiyə millisi xal itirib, Almaniya və Niderlanddan çətin qələbə



DC 2022 Turkiyə millisi xal itirib Almaniya və Niderlanddan cətin qələbə

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutub.

G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxıb. “Ay-ulduzlular” “Şükrü Saracoğlu” stadionunda Norveçi sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub. Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan isə Kristian Torstvedt fərqlənib.

Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqi, Niderland isə Latviyanı məğlub edib.

H qrupunda Malta evdə Sloveniyaya, Kipr Xorvatiya uduzub. Rusiya isə doğma meydanda Slovakiyaya qalib gəlib.

J qrupunda da 3 oyun keçirilib. Lider Almaniya evdə Rumıniya üzərində çətin qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ
VII tur
8 oktyabr

E qrupu

22:45. Estoniya – Belarus – 2:0

Qollar: Erik Sorqa, 58, Sergey Zenyov, 90+3

22:45. Çexiya – Uels – 2:2

Qollar: Yakub Peşek, 38, Denni Uord, 49 (avtoqol) – Aaron Remzi, 36, Deniel Ceyms, 69

Xal durumu: Belçika – 16 (6 oyuna), Çexiya – 8 (6), Uels – 8 (5), Estoniya – 4 (5), Belarus – 3 (6).

G qrupu

22:45. Cəbəllütariq – Monteneqro – 0:3

Qollar: Adam Maruşiç, 7, Fatoş Beçiray, 44 (penalti); 68

22:45. Latviya – Niderland – 0:1

Qol: Devi Klassen, 19

22:45. Türkiyə – Norveç – 1:1

Qollar: Kerem Aktürkoğlu, 6 – Kristian Torstvedt, 41

Xal durumu: Niderland – 16, Norveç – 14, Türkiyə – 12, Monteneqro – 11, Latviya – 5, Cəbəllütariq – 0.

H qrupu

22:45. Malta – Sloveniya – 0:4

Qol: Yosip İliçiç, 27; 60, Andraj Şporar, 49, Benyamin Şeşko, 67

22:45. Kipr – Xorvatiya – 0:3

Qollar: İvan Perişiç, 45+2, Yoşko Qvardiol, 80, Marko Livaya, 90+2

22:45. Rusiya – Slovakiya – 1:0

Qol: Milan Şkrinyar, 24 (avtoqol)

Xal durumu: Xorvatiya – 16, Rusiya – 16, Sloveniya – 10, Slovakiya – 9, Malta – 4, Kipr – 4.

J qrupu

22:45. Lixtenşteyn – Şimali Makedoniya – 0:4

Qollar: Darko Velkovski, 39, Ezcan Alioski, 66 (penalti), Boban Nikolov, 74, Darko Çurlinov, 83

22:45. İslandiya – Ermənistan – 1:1

Qollar: İsak-Berqmann Youhannesson, 77 – Kamo Hovhannisyan, 40

22:45. Almaniya – Rumıniya – 2:1

Qollar: Serj Qnabri, 52, Tomas Müller, 81 – Yanis Haci, 9

Xal durumu: Almaniya – 18, Şimali Makedoniya – 12, Ermənistan – 12, Rumıniya – 10, İslandiya – 5, Lixtenşteyn – 1.





Mənbə: https://report.az/futbol-xeberleri/dc-2022-turkiye-millisinden-hec-hece-almaniya-ve-niderland-cetin-qelebe-qazanib/

Comments are closed, but trackbacks and pingbacks are open.