DÇ-2022: Yığmalara mundiala hazırlıq üçün cəmi bir həftə vaxt veriləcək

DÇ-2022: Yığmalara mundiala hazırlıq üçün cəmi bir həftə vaxt veriləcək



DC 2022 Yigmalara mundiala hazirliq ucun cəmi bir həftə vaxt veriləcək

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək yığmaların hazırlıq üçün cəmi 1 həftə vaxtı olacaq.

“Report” “L Equipe” nəşrinə istinadən xəbər verir ki, Avropa liqalarında son oyunlar mundialın startına 7 gün qalmış baş tutacaq.

Bu səbəbdən klublar oyunçuları noyabrın 14 -də milli komandalara buraxmalı olacaqlar. UEFA bununla bağlı quruma üzv olan bütün milli assosiasiyaları artıq məlumatlandırıb. Bildirilib ki, Avropada təqviminə yenidən baxılacaq.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr – 18 dekabrda təşkil olunacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/dc-2022-yigmalara-mundiala-hazirliq-ucun-cemi-bir-hefte-vaxt-verilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.