Deputat: “27 sentyabr Ermənistan üçün matəmlə yanaşı, tarixi dərs olaraq da yaddaşlarda qalacaq”

Deputat: "27 sentyabr Ermənistan üçün matəmlə yanaşı, tarixi dərs olaraq da yaddaşlarda qalacaq"



Deputat 27 sentyabr Ermənistan ucun matəmlə yanasi tarixi dərs olaraq da

“Vətən müharibəsinin başlamasından bir il ötdü. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarix yazaraq 30 ilə yaxın işğal altında olan torpaqlarını düşməndən azad etdi. Biz Vətən müharibəsi zamanı həyat fəlsəfəsinin əsas qanunlarından olan xeyrin şər üzərində qələbəsinin şahidi olduq. Bu gün Ermənistan məlum olmayan boş bir ideologiya yolunda leşə çevrilən hərbçilərinin yasını tutur”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda o qədər qeyri-müəyyən bir vəziyyət mövcuddur ki, erməni xalqının sabaha olan inamı da artıq qalmayıb: “Onlar çarəni ancaq ümidsiz şəkildə yas tutmaqda və ağlamaqda görürlər. Azərbaycan Ordusu onlara tarixi bir dərs verib. Ermənistanda bəzi revanşist qüvvələr var ki, erməni xalqını aldatmaq istəsə də bunu bacarmır”.

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyi xalqı və dünya ölkələri qarşısında biabır olduğundan gələcəyə də ümidsiz formada baxır və əsassız açıqlamalar verməklə kifayətlənir: “Müharibədəki acı məğlubiyyətdən sonra Ermənistanda elə bir vəziyyət yaranıb ki, insanlar əvvəlki həyatına qayıda bilmir. Depressiyalar, çaşqınlıq bu ölkədə intiharların da sayını pik həddə çatdırıb. Onsuz da ağır vəziyyətdə yaşayan erməni xalqı müharibədən sonra demək olar ki, aclıq, səfalət, ümidsizlik içində ölkəsinin çöküşünü izləyir. Bu baxımdan 27 sentyabr bu mənfur düşmən üçün matəmlə yanaşı, tarixi dərs olaraq da yaddaşlarda qalacaq”.





Mənbə: https://report.az/xarici-siyaset/deputat-27-sentyabr-ermenistan-ucun-matemle-yanasi-tarixi-ders-olaraq-da-yaddaslarda-qalacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.