DGK komandası “Zəfər turniri”nin qalibi olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Dövlət qurumları arasında futbol üzrə “Zəfər turniri”ndə final oyunu keçirilib.

“Report” xəbər verir ki, həlledici qarşılaşmada Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) komandaları üz-üzə gəlib.

Bakı Tennis Akademiyasının stadionunda baş tutan görüş DGK-nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Finalı kənd təsərrüfatı naziri İnam Kərimov və DGK sədri Səfər Mehdiyev tribunadan izləyib.

Oyundan sonra mükafaylandırma mərasimi baş tutub.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov “Report”a açıqlamasında bildirib ki, yarış 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. Onun sözlərinə görə, turnirdə 16 dövlət qurumu mübarizə aparıb.

Camalov final qarşılaşmasının Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar bu günə salındığını sözlərinə əlavə edib.

Qeyd edək ki, “Zəfər turniri” Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Türkiyədə fəaliyyət göstərən “Karabağ Azerbaycandır” Koordinetmə Dərnəyinin, AFFA və Qolat Sport MMC-nin təşkilati dəstəyi ilə gerçəkləşib.





Mənbə: https://report.az/futbol-xeberleri/dgk-komandasi-zefer-turniri-nin-qalibi-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.