Dilarə Əliyeva ilk dəfə nəvəsini efirə çıxardı

Dilarə Əliyeva ilk dəfə nəvəsini efirə çıxardı - Video


Əməkdar artist Dilarə Əliyeva 1 yaşlı nəvəsi Aygülü ilk dəfə efirə çıxarıb.

Axşam.az xəbər verir ki, Aygül nənəsinin aparıcılığını etdiyi “Söhbət var” verilişinə Qar qızı obrazında gəlib. D.Əliyeva proqramda nəvəsinə olan hisslərini belə ifadə edib:

“Nənə olmağı sözə çevirə bilməyəcəm. Bir onu bilirəm ki, içində elə böyük bir sevgi daşıyırsan, hər saniyən məhəbbətlə keçir”.

Qeyd edək ki, Aygül D.Əliyevanın qızı Aytənin övladıdır. Aytən Sadiq adlı şəxlə ailə qurub.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140533

Comments are closed, but trackbacks and pingbacks are open.