DİN Göyçayda polisin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb

DİN Göyçayda polisin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb



DIN Goycayda polisin torətdiyi yol qəzasi ilə bagli məlumat yayib

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda polis əməkdaşının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən “Report”a daxil olan məlumatda deyilir:

“Noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/din-goycayda-polisin-toretdiyi-yol-qezasi-ile-bagli-melumat-yayib/

Comments are closed, but trackbacks and pingbacks are open.