Dünya xəbərləri

Din xadimlərinin Vətən müharibəsində gördüyü işlərlə bağlı kitab hazırlanacaq


“Vətən müharibəsində din xadimlərinin gördüyü işlərlə bağlı kitab hazırlanacaq”.

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İdarəyə çox sayda xaricdən tanınmış din xadimlərinin məktubları ünvanlanır: “Din xadimlərimiz 44 günlük müddətdə Allah yolunda gecə-gündüz işlədilər. Proses o qədər çətin idi ki, bu barədə danışmaqla olmaz. Şəhid olanların dəfn məsələsinə həssaslıqla yanaşdılar. Xüsusi qrup yaradılmışdı və hər bir şəhid barədə məlumatımız olurdu. Şəhidin ailəsinin xəbəri olmadığı vaxtda belə din xadimimiz evə gedərək anaya təsəlli olur. Çünki həmin an ana üçün çox çətin zaman idi. Ana ilə birlikdə ağlamalı olurlar. 2 200 şəhidin dəfnində din xadimlərimiz iştirak edib. Vətən müharibəsi dövründə din xadimlərimiz digər dinlərdən olan həmkarları ilə çiyin-çiyinə mübarizə aparıblar”.




Mənbə: https://report.az/dini-xeberler/din-xadimlerinin-veten-muharibesinde-gorduyu-islerle-bagli-kitab-hazirlanacaq/

Related Articles

Back to top button