Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra yerlərində olublar

Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra yerlərində olublar



Diplomatik korpus numayəndələri və xarici jurnalistlər Susanin bir sira yerlərində.jfif

Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Şuşa şəhərinə səfər çərçivəsində Xan qızı Natəvanın evində olublar.

Bu barədə “Report” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ölkəmizdəki diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər habelə dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər, Bülbülün ev muzeyində və Şuşanın mərkəzi meydanında da olublar.

Qeyd edək ki, diplomatik korpusların press-attaşelərinin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri dünən başlayıb.

Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura digər görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir.





Mənbə: https://report.az/qarabag/diplomatik-korpuslarin-numayendeleri-ve-xarici-jurnalistler-susanin-bir-sira-yerlerini-ziyaret-edibler/

Comments are closed, but trackbacks and pingbacks are open.