Dişi ağrıyan futbolçu Braziliya millisindən kənarda qalıb

Dişi ağrıyan futbolçu Braziliya millisindən kənarda qalıb



Disi agriyan futbolcu Braziliya millisindən kənarda qalib

İspaniya “Real Madrid”inin futbolçusu Kazemiro Braziliya millisinin heyətindən çıxarılıb.

“Report” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi diş ağrısına görə yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. Orta xətt oyunçusunun ağıl dişində iltihab əmələ gəlib. O, qarşıdakı 5 gündə məşq edə bilməyəcək.

Kazemironun əvəzinə komandaya İngiltərənin “Aston Villa” klubunun futbolçusu Duqlas Luis dəvət olunub.

Qeyd edək ki, Braziliya millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində oktyabrın 11-də Kolumbiyanın qonağı olacaq, 4 gün sonra isə Uruqvayı qəbul edəcək. Yığma 8 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.





Mənbə: https://report.az/futbol-xeberleri/disi-agriyan-futbolcu-braziliya-millisinden-kenarda-qalib/

Comments are closed, but trackbacks and pingbacks are open.