Doğum günündə Şuşada şəhid olan Vətən müharibəsi qəhramanı anılıb

Doğum günündə Şuşada şəhid olan Vətən müharibəsi qəhramanı anılıb



Dogum gunundə Susada səhid olan Vətən muharibəsi qəhramani anilib

Biləsuvar rayonunun Zəhmətabad kəndində Vətən müharibəsi şəhidi Nicat Qasımzadə anılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, əvvəlcə doğum günündə şəhidimizin ata ocağı rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub. Ziyarətçilər şəhidin abidə kompleksinin və bulağının açılışından sonra kənd qəbiristanlığına gedərək mərhumun məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar. Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Nicat Qasımzadə doğulduğu gündə şəhadətə yüksəlib.

Qeyd edək ki, Qasımzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Həmin kənd məktəbini bitirdikdən sonra kollecə qəbul olub. Ancaq kollecdə oxumayıb, rəssamlıq bacarığı olduğundan, arzusu əsgərliyini bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq idi.

2019-cu il yanvarında hərbi xidmətə yollanan Nicat, xidmətini çəbhə bölgəsindəki hərbi hissələrdə nümunəvi əsgər kimi xidmət göstərib. Artilleriya manqa komandiri, kiçik çavuş rütbəli N. Qasımzadə ordudan təxris olunduqdan 3 ay sonra başlayan Vətən müharibəsində yenidən silaha sarılıb.

Gənc Şuşa fatehi Nicat Qasımzadə Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşa uğrunda geden döyüşlərdə iştirak edib. Noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar, bəlkə də saniyələr qalmış, anadan olduğu gün Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub.

O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!





Mənbə: https://report.az/qarabag/dogum-gununde-susada-sehid-olan-veten-muharibesi-qeheramani-anilib/

Comments are closed, but trackbacks and pingbacks are open.